Sual: Salam. Sizə bir sualım var. Mən ABŞ vətəndaşı ilə ailə qurmaq istəyirəm. Mənə kömək edə bilərsiniz?

 Cavab (Vəkil İsmayıl Şahtaxtinski): Bu evliliyin esasinda imiqrasiya plani varsa, AmerikeVekil-nin vəkilləri sizə huquqi xidmət göstərə bilər.

Sual: Deməli, sizin xidmətlərdən istifadə edərək Ştatlara miqrasiya ola bilərəm?

 Cavab: Əlbəttə. Bizim firma miqrasiya, viza alınması, biznesin qeydiyyatı və s. sahədə ixtisaslaşıb. Amma əvvəlcə sizin sutuasiyanızı öyrənməyimiz lazımdır. Bunun üçün vəkillə fərdi konsultasiya günü təyin etməlisiniz.

 Sual: Bu, mənə neçəyə başa gələcək?

Cavab: Vəkil məsləhəti 100 dollardır. Əgər bu məsləhətdən sonra qərar versəniz ki, bizim firmanın işindən istifadə edəcəksiniz, onda konsultasiya üçün ödədiyiniz 100 dollar gələcək xidmətin haqqından çıxılacaq. Yəni, məsələn, işinizə göstərilən hüquqi xidmətin qiyməti tutaq ki, 500 dollardırsa, onda əvvəldən ödədiyiniz 100 dollar bu məbləğdən çıxılacaq.