Sual:  Mən ABŞ-a təhsil almağa gedəcəm. Ailəmin maddi durumu yaxşıdır. Bundan istifadə edib Amerikada xarici tələbə kimi şirkət qura bilərəmmi?

 Cavab (Vəkil İsmayıl Şahtaxtinski): Hər bir kəsin istənilən vaxt səhm yaratmaq, ona yiyələnmək, yaxud ABŞ şirkətindən səhm almaq, əmlak almaq, şirkət qeydiyyatdan keçirmək hüququ var. Əmlak almaq və ya şirkət qeydiyyatdan keçirmək üçün hər hansı şəxsin Birləşmiş Ştatlarda olması vacib deyil. ABŞ-da mülk sahibi olmaq üçün heç bir məhdudiyyət yoxdur. Bununla belə, onu da yadda saxlamaq lazımdır ki, bəzi sahələr üzrə işlədiyiniz müddətdə, məsələn, əgər sizin F-1 Könüllü Təcrübə Treyninq proqramında (OPT) işləmək üçün izniniz varsa, o zaman siz Birləşmiş Ştatalarda, hətta orada öz şirkətiniz olsa belə, işləyə bilməzsiniz. Işin yaxşı tərəfi ondan ibarətdir ki, şəxsi şirkətə sahib olduğunuz üçün OPT-nin tələblərinə cavab verdiyiniz halda, məktəbiniz tərəfindən OPT-yə müraciət edə bilərsiniz. OPT-nin qoyduğu tələblərdən biri həftədə ən azı 20 saat işləməkdir. Lakin unutmayın ki, OPT-dəki işinizin təhsil aldığınız kursla əlaqəsi olmalıdır.