Sual: Salam. Amerikaya biznes imiqrasiyası etmək üçün nə qədər pul lazımdır?

Cavab (Vəkil İsmayıl Şahtaxtinski): Suala görə təşəkkürlər. Biznes yolu ilə imiqrasiyanın müxtəlif yolları var. O yollar haqqında saytımızda oxuya bilərsiniz:

1) E-2 vizası http://amerikavekil.com/imiqrasiya/biznes-ve-investisiya-yoluyla-imiqrasiya/ – təxminən 100 min dollar vəsait tələb edir.
2) L-1 vizası http://amerikavekil.com/imiqrasiya/l-1-vizasi-xarici-biznesin-abs-filiali/ – konkret məbləğ tələb olunmur, amma gərək burada şirkət qurulsun, işçilər götürülsün və fəaliyyət olsun. Vəsaitin məbləği biznesin növündən aslıdır.
3) EB-5 (Qrin-Kart) http://amerikavekil.com/imiqrasiya/eb-5-investorlar-investisiya-vasit%C9%99sil%C9%99-qrin-kart/ – 1 milyon dollarlıq investisiya yatıran şəxs Green Card (Qrin Kart) əldə edə bilir.