NƏZƏRƏ ALIN Kİ, İŞİN NƏTİCƏLƏRİ HƏR BİR İŞƏ AİD FƏRQLİ FAKTORLARDAN ASILIDIR. AŞAĞIDA GÖSTƏRİLƏN İŞİN NƏTİCƏLƏRİ, I.S. HÜQUQ FİRMASI, PLLC-NİN GƏLƏCƏKDƏ ÜZƏRİNƏ GÖTÜRƏCƏYİ HƏR HANSI BİR İŞDƏ OXŞAR NƏTİCƏYƏ TƏMİNAT VERMİR VƏ YA BELƏ BİR NƏTİCƏNİ PROQNOZLAŞDIRMIR

 

2013-cü il yanvarın 14-də biz siyasi baxışına görə Azərbaycan rejimi tərəfindən təqib olunan, müxalif gənclər təşkilatının həmtəsisçisi üçün immiqrasiya məhkəməsi vasitəsilə sığınacaq ala bildik.

Müştərimizin keçmiş vəkili işi düzgün aparmayandan sonra iş sığınacaq idarəsindən immiqrasiya məhkəməsinə göndərilmişdi. Sığınacaq prosesinin əvvəlində nüfuzlu vəkil tutmağınız və immiqrasiya məhkəməsindən deyil, USCIS sığınacaq idarəsindən təsdiq almağa çalışmağınız çox vacib amildir. Bəzi vəkillər sadəcə ərizənizi hazırlayacaq, sığınacaq müsahibənizdə iştirak edəcək. İnadcıl hüquqşünas isə sizə vəkillik edəcək, işinizə fərdi diqqət ayıracaq, sığınacaq işinizə baxan məmuru işinizin bütün detalları barədə məlumatlandıracaq, faktların düzgün təqdim olunmasından, əsas informasiyanın diqqətdən kənar qalmamasından əmin olacaq. Sığınacaq idarəsi mərhələsində yanlış hüquqşünas seçmək sonda sizə daha baha başa gələ bilər. Prinsipsiz vəkil nəinki sığınacaq idarəsindən sığınacaq almaq şanslarınızı korlayar, həmçinin sonda immiqrasiya məhkəməsindən sığınacaq alma şanslarınıza ziyan vura bilər.

Sığınacaq almaq şansını azaldan səbəblər…

Sığınacaq idarəsi işiniz rədd edir və işiniz immiqrasiya məhkəməsinə yönləndirilirsə, proses bir neçə ay deyil, illərlə uzana bilər, işinizə baxıldığı müddətdə qanuni işləyə bilməzsiniz, hətta sizə nəhayət sığınacaq verilsə belə, o vaxtadək xaricdə yaşayan, törəmə (derivativ) sığınacaq almağa hüququ çatan övladlarınızın yaşı keçə bilər. İmmiqrasiya məhkəməsi sizə rədd cavabı versə, deportasiya ilə üzləşə bilərsiniz, çünki apelyasiya şikayəti ilə sığınacaq almaq şansları çox zəifdir. Nüfuzlu hüquqşünas tutmağın vacibliyi və sığınacağı USCIS Sığınacaq İdarəsi, yaxud İmmiqrasiya Məhkəməsi vasitəsilə almağın fərqi barədə informasiya əldə etmək üçün saytımızı oxuyun. (on our website.)

“Göstərdik ki, müştərimiz dəfələrlə həbs olunub”

Bu halda firmamız müştərini immiqrasiya məhkəməsində təmsil etmək üçün tutulub. Biz immiqrasiya hakiminin tələblərinə uyğun olaraq göstərdik ki, Azərbaycan hökuməti müştərimizi siyasi baxışları, fikri və siyasi fəaliyyətinə görə saxlayıb, ona hücum edib və hədələyib. Müştərimiz dəfələrlə həbs olunub, döyülüb və siyasi baxışına görə universitetdən xaric olunub. Biz müştərimizin tanınmış gənclər təşkilatında rolunu əsaslandırmaq üçün affidevitlər kimi subyektiv dəlil təqdim etdik. Eləcə də müştərimizin işini dəstəkləmək üçün ABŞ Dövlət Departamentinin Azərbaycan və digər ölkələrdə insan haqları hesabatı daxil olmaqla obyektiv dəlil göstərdik.

Müştərimiz Azərbaycanda siyasi fəal ailədə böyümüş, hələ yeniyetmə olarkən, 2000-ci il 5 noyabr parlament seçkisi zamanı hökumət tərəfdən kütləvi saxtakarlıq və qorxutmanın şahidi olmuşdu. Bir neçə il sonra, müştərimiz həmfikir dostları ilə birlikdə demokratik yönlü təşkilat qurmuş, bu təşkilat Azərbaycanda ən böyük gənclər qurumlarından birinə çevrilmişdi. Müştərimiz gənclərə yönəlik müxalifət qəzetində də işləyib, bu qəzeti sonradan hökumət məcburən bağlayıb. Müştərimiz müxalif fəaliyyətinə görə dəfələrlə hökumətin hücumuna məruz qalıb, saxlanıb və hədələnib.

tribune_com_pk

 

“Sübut etdik ki, tələbələr hədələniblər”

2010-cu ildə Birləşmiş Ştatlara gələndən sonra müştərimiz Azərbaycanda siyasi prosesləri izləyib və Birləşmiş Ştatlarda Azərbaycanla bağlı demokratiya tədbirlərində iştirak edib. 2011-ci ilin mart-aprelində “Ərəb Baharı”ndan ruhlanan demokratiya fəalları Bakıda bir sıra qeyri-zorakı demokratiya tələbli etirazlar təşkil etdilər. Polis etirazları qəddarlıqla dağıtdı və iştirakçılardan çoxu həbsə atıldı, həbsxanalarda işgəncəyə məruz qaldı. Etirazlar gedən bir vaxtda Azərbaycanın Vaşinqtondakı səfirliyi Birləşmiş Ştatlarda oxuyan azərbaycanlı tələbələri bir tədbirə dəvət edib, azərbaycanlı rəsmilər tələbələrə xəbərdarlıq edib ki, demokratik etirazlara qatılmasınlar, onları Azərbaycanda həbslə hədələyiblər.

ABŞ Dövlət Departamentinin hesabatı sübutlardan biri kimi

Biz obyektiv dəlillərlə göstərdik ki, Azərbaycanın ədliyyə sistemi yanlış həbs olunmuş müxalifət fəallarını adekvat müdafiə ilə təmin edə bilməyib. ABŞ Dövlət Departamenti 2011-ci ildə Azərbaycanda insan haqları hesabatında bildirirdi: “İl ərzində ən ciddi insan haqları problemi ifadə, toplaşma və birləşmə azadlığının məhdudlaşdırılması olub. Məsələn, ilboyu, xüsusilə də yazda, demokratik islahatlara və hökumətin istefasına çağıran bir neçə siyasi etiraz güclə dağıdılıb, 15 etirazçı belə nümayişlərdə iştiraka görə 18 aydan üç ilədək həbs cəzası alıb. İlboyu Bakıda etirazlar keçirmək üçün dəfələrlə edilən müraciətlər rədd olunub. İkinci mühüm insan haqları problemi məhkəmə administrasiyasının ədaləti ilə bağlı olub. Ədliyyə üzərində icra hakimiyyətinin güclü təsiri, ədalət mühakiməsinin olmaması, siyasi motivli həbslər, müstəqil vəkillərə qarşı tədbirlər, polisdə və hərbi saxlanma yerlərində işgəncə və pis rəftar nəticəsində azı doqquz nəfərin ölməsi barədə məlumatlar var. Üçüncü problemli sahə vətəndaşların mülkiyyət hüquqlarının pozulmasıdır. Buraya onların evlərindən zorla çıxarılması, şəxsi mülkiyyətin dövlət ehtiyacları üçün özgəninkiləşdirilməsi və qeyri-adekvat kompensasiya daxildir. İl ərzində haqqında məlumat yayılan digər insan haqları problemlərinə sərt, bəzən də həyata təhlükə yaradan həbsxana şəraiti daxildir. Xüsusilə də hökumətin siyasi opponent saydığı şəxslərin qanunsuz saxlanması və həbsi, barələrində uzunmüddətli həbs qətimkan tədbirinin seçilməsi davam edib. Hökumət insanları siyasi səbəblərlə saxlamaqdadır, baxmayaraq ki, hakimiyyət il ərzində həmin şəxslərdən bəzilərini buraxıb. Hökumət bəzi qeydiyyatsız müsəlman və xristian qrupların dini azadlıqlarını məhdudlaşdırmaqda davam edib. Məhkəmə və hüquq-mühafizə qurumları daxil olmaqla, korrupsiya hökm sürməkdədir“. Eynilə, ABŞ Dövlət Departamentinin Azərbaycanda insan haqlarına dair əvvəlki hesabatlarında da xüsusilə siyasi səbəblərdən qanunsuz saxlamalar təsdiqlənir və belə saxlananlarla pis rəftar 2007-2010-cu illərdə də geniş yayılıb.

Digər sübutlar…

Biz sübuta yetirdik ki, əgər müştərimiz Azərbaycana qayıtmağa məcbur olsa, onun saxlanma və uydurma ittihamlarla həbs olunma və çox güman ki, işgəncəyə məruz qalma təhlükəsi böyükdür. Biz göstərdik ki, müştərimiz Azərbaycandan 2010-cu ildə qaçıb, o vaxtdan ölkədə siyasi durum nəinki yaxşılaşmayıb, ciddi şəkildə pisləşib. 2012-ci il mayın 22-dən 26-dək Bakıda Avroviziya Mahnı Müsabiqəsi keçirilib. Demokratiya fəalları bu tədbirdən yararlanaraq Azərbaycanda insan haqları pozuntularına və ifadə azadlığının olmamasına diqqət çəkməyə cəhd göstəriblər. Ancaq dinc demokratiya etirazları boğulub, Avroviziya mahnı müsabiqəsi ərəfəsində təzyiqlər daha da güclənib. Hakimiyyət ölkədəki narazılığı beynəlxalq ictimaiyyətdən gizlətməklə “imicini qorumaq” üçün dəridən-qabıqdan çıxırdı. Avrovziya qabağı da fəallar saxlanıb və uydurma ittihamlarla həbsə atılıb. 2012-ci ilin noyabrında Azərbaycan parlamenti sərbəst toplaşma haqqında qanuna dəyişikliklər etməklə razılaşdırılmamış aksiyalarda iştiraka görə cərimələri artırıb. 2012-ci ilin dekabrında Bakıda dinc aksiyada iştiraka görə onlarla fəal saxlanıb.

Azərbaycanda demokratiya fəallarının təqibinə dair dəlili müştərimizin şəxsi sənədlərinə əlavə etməklə, biz onun üçün sığınacaq ala bildik.

Sığınacaq ala bilmək üçün ərizəçi qaçqın statusuna uyğun gəldiyini sübut etməlidir. Rəsmi təsnifatda qaçqın “irqi, dini, milli, konkret sosial qrup üzvlüyü və ya siyasi fikir daşıyıcısı olduğuna görə təqib olunmaq kimi əsaslı qorxu üzündən öz ölkəsindən kənarda qalan və belə qorxu səbəbindən ölkəsində müdafiə oluna bilməyən və ya bunu istəməyən; və ya milliyyəti olmayan və keçmiş ənənəvi yaşayış yeri olan ölkədən kənarda qalan…, belə bir qorxu səbəbindən oraya qayıtmaq imkanı olmayan və ya bunu istəməyən” şəxsə deyilir.

100 faizlik uğur göstəricisi – müştərimiz sığınacaq aldı

Müştərilərimizin sığınacaq ərizələrinin təmin olunması üçün I.S. Hüquq Firmasının vəkilləri subyektiv və obyektiv sübutları, ölkə hesabatlarını toplayır, anketləri doldurur, memorandumlar yazır, ərizəçini sorğu-suala hərtərəfli hazırlayır və ərizəçinin yanında olaraq onu bütün proses boyu dəstəkləyir. I.S. Hüquq Firması Azərbaycandan Birləşmiş Ştatlara gələndən çox keçmədən sığınacağın alınması işlərində (affirmative asylum cases) 100 faizlik uğur göstəricisi ilə fəxr edir. Bu halda (“affirmative” asylum cases) müştərimiz Birləşmiş Ştatlara gələndən bir il ərzində USCIS-ə ərizə təqdim olunur. Bunun əksinə olaraq, “müdafiə” işlərinə (defensive asylum cases) immiqrasiya məhkəmələri, fərd deportasiyadan qurtarmaq üçün ərizə təqdim edəndən sonra baxır.