NƏZƏRƏ ALIN Kİ, İŞİN NƏTİCƏLƏRİ HƏR BİR İŞƏ AİD FƏRQLİ FAKTORLARDAN ASILIDIR. AŞAĞIDA GÖSTƏRİLƏN İŞİN NƏTİCƏLƏRİ, I.S. HÜQUQ FİRMASI, PLLC-NİN GƏLƏCƏKDƏ ÜZƏRİNƏ GÖTÜRƏCƏYİ HƏR HANSI BİR İŞDƏ OXŞAR NƏTİCƏYƏ TƏMİNAT VERMİR VƏ YA BELƏ BİR NƏTİCƏNİ PROQNOZLAŞDIRMIR

I.S. Law Firm bu ilin iyulunda Jəmən vətəndaşına ABŞ-da sığınacaq almağa nail olub. Həmin sakin Yəmən qəbilələrindən birinin təzyiqləri ilə üzləşib.

I.S. Law Firm bildirir ki, adı açıqlanmayan yəmənli Yəmən hökumətinin dəstək verdiyi qəbilələrdən birinin hücumuna, zorakılığına, hədələrinə məruz qalıb.

Yəmənlinin vəkili İsmayıl Şahtaxtinski onun Yəmənə qayıtdığı təqdirdə həyatının təhlükə altına düşə biləcəyini faktlarla sübuta yetirib.

I.S. Law Firm bildirir ki, yəmənli əvvəlcə yerli imiqrasiya xidmətinə özü müraciət edib, amma sığınacaq almağı bacarmayıb. Nəticədə onun işi imiqrasiya məhkəməsinə verilib. Vəkil xidmətinə müraciətdən sonra I.S. Law Firm yəmənli üçün zəruri sənədləri toplayıb. Vəkil İsmayıl Şahtaxtinski yəmənlinin sığınacaq alması üçün bütün sübutları məhkəməyə təqdim edib. Nəticədə məhkəmə yəmənlinin xeyrinə qərar çıxarıb.

http://islawfirm.com/immigration/asylum-for-a-tribe-member-from-yemen/