ABŞ-ın 8 prezidenti və hazırda bizneslə məşğul olan 62 milyarder Harvard Universitetindən məzun olub

 

Veritas – yəni Həqiqət. Bu, Harvard Universitetinin devizidir. Bəli, mövcud həqiqət odur ki, Harvard dünyanın ən güclü və ən zəngin universitetidir. Amerikana proqramının bu dəfəki buraxılışında sizi dünyanın bir nömrəli universiteti ilə tanış edirik.

150-dən çox Nobel mükafatı lauratı, onlarla xarici dövlət başçısı, ABŞ-ın 8 prezidenti və eləcə də, hazırda bizneslə məşğul olan 62 milyarder Harvard Universitetinin məzunudur. Onların uğura gedən ilk addımı məhz bu otaqlardan başlayıb.

150-dən çox Nobel mükafatı lauratı, onlarla xarici dövlət başçısı, ABŞ-ın 8 prezidenti və eləcə də, hazırda bizneslə məşğul olan 62 milyarder Harvard Universitetinin məzunudur. Onların uğura gedən ilk addımı məhz bu otaqlardan başlayıb.

Hazırda 32 milyard dollardan çox büdcəsi ilə dünyanın ən zəngin təhsil ocağı olan bu universitet ona ilk ianə yatıran şəxsin – Con Harvardın adını daşıyır. 1639-cu ildə o, ABŞ-ın ilk ali təhsil ocağına 779 funt sterlinq, başqa sözlə desək 1285 dollar və 400 kitab hədiyyə edib. Bu, bəlkə də universitetin tarixində ən kiçik ianələrdəndir. Cəmi bir neçə ay əvvəl isə Harvard ən böyük ianə yatırılan universitet kimi də tarixə düşüb. Belə ki, 1970-ci illərdə Harvarddan iki dərəcə almış və hazırda isə biznesmen olan Cerald Çan universitetin ictimai səhiyyə məktəbinə 350 milyon dollar hədiyyə edib.

YARANMA TARİXİ

ABŞ-ın ən qədim universiteti olan Harvard 1636-cı il sentyabrın 8-də Massaçusets Ali Məhkəməsinin qərarı ilə kollec kimi fəaliyyətə başlayıb. Harvardın ilk buraxılışı cəmi 9 nəfərdən ibarət olsa da, elmin inkişafına inanan təhsil ocağı günü-gündən genişlənirdi. Belə ki, ABŞ müstəqilliyini elan edəndə – 1776-cı ildə – ABŞ-ın İstiqlaliyyət Bəyannaməsini imzalayan 56 nəfərdən 8-i Harvard məzunu idi.

1810-cu ildən etibarən isə burada tibb və hüquq elmlərinin tədrisi ilə Harvard universitet statusu alıb. O zamandan bəri Harvard “Bilik axtarışı və onların gələcək nəslə ötürülməsi naminə!” şüarı ilə fəaliyyətini daha da genişləndirib.

154 HEKTAR ƏRAZİDƏ 11 FAKULTƏ

Çoxları Harvard Universitetinin Boston şəhərində olduğunu düşünsə də, əslində Kambric şəhərində yerləşən bu təhsil ocağı, həm də ərazisinə görə dünyada birincilərindəndir. 154 hektar ərazini əhatə edən universitetinin 11 məktəbi, başqa sözlə desək fakultəsi var:

·       Onlar Harvard kolleci – Bakalavr pilləsində təhsil alan tələbələr üçün (1636)

·       Tibb Məktəbi (1782)

·       Harvard İlahiyyat Məktəbi (1816)

·       Harvard Hüquq Məktəbi (1817).

·       Təhsilin davam etdirilməsi bölməsi (1871; 1909)

·       İncəsənət və Elmlər Məktəbi (1872)

·       Harvard Biznes Məktəbi (1908).

·       Dizayn Məktəbi (1914)

·       Harvard Təhsil Məktəbi (1920)

·       Səhiyyə İnstitutu (1922)

·       Con Kennedi adına Dövlət İdarəetmə Məktəbi (1936)

Harvard Universitetinin ərazisi o qədər genişdir ki, tələbələrin və eləcə də turistlərin getmək istədikləri müəyyən etməsi üçün burada elektron lövhə quraşdırılıb. Belə ki, buradakı bortda istədiyiniz yerin düyməsini basırsınız, misal üçün Kennedi Məktəbi – Kennedy Svhool və xəritədə həmin yerin işığı yanır.

NOBEL MÜKAFATI LAUREATI 43 PROFESSOR

Universitetdə təhsil haqqı isə illik təxminən 50 min dollardır. Ancaq narahat olmayın, universitet özü tələbələrin üçdə ikisinə təqaüd verir. Harvard həm də təqaüd məsələsində əcnəbi tələbələrə ayrıseçkilik etməyən nadir ABŞ universitetlərindəndir. Bu universiteti dünyada birinci edən amillərdən biri də 2300 nəfərlik müəllim heyətindən 43-nün Nobel mükafatı laureatı olmasıdır.

Ümumiyyətlə, bu kampuslarda, küçələrdə gəzərkən insan burada qalıb təhsil almaq, hər zaman elmin içərisində olmaq istəyir. Şəhərin bir gənclik, təhsil ruhu var. Hazırda Harvard Universitetində 20 minə yaxın tələbə oxuyur. Onlardan 7 mini bakalavr, 13 mini isə magistratura pilləsində təhsil alır. Universitetdə təhsil haqqı isə illik təxminən 50 min dollardır. Ancaq narahat olmayın, universitet özü tələbələrin üçdə ikisinə təqaüd verir. Harvard həm də təqaüd məsələsində əcnəbi tələbələrə ayrıseçkilik etməyən nadir ABŞ universitetlərindəndir. Bu universiteti dünyada birinci edən amillərdən biri də 2300 nəfərlik müəllim heyətindən 43-nün Nobel mükafatı laureatı olmasıdır.

Ancaq Harvardda Şərqi Asiya regionu üzrə magitratura təhsili alan Castin Tomas tanınmış müəllimlərin mənfi cəhətlərindən danışır: “İstəklərindən asılı omayaraq bəzi professorların vaxtı olmur. Bəziləri daha çox araşdırmaya üstünlük verir, bəziləri fikirlərini tələbələrlə müntəzəm ünsiyyətə yönəldir, bəziləri isə gətta istəsələr də, tələbələrlə çox vaxt keçirməyə imkan tapa bilmir. Mən bunu Harvardın çatışmazlığı kimi görürəm”.

Bəs Harvardda oxumaq üçün necə müraciət etməli?

Xüsusilə bakalavr təhsili üçün çox sadə!

Ümumi müraciət formasını doldurmaq, 75 dollarlıq ödəniş, SAT və ya ACT imtahanı vermək, təsdiqlənmiş attestat və iki müəllimdən xarakteriztika! Heç TOEFL-a da ehtiyac yoxdur.

Magistraturada isə şərtlər fakultəyə görə dəyişir. GRE və ya GMAT imtahanlarından yüksək göstərici ən vacib şərtlərdəndir. Bundan başqa bir neçə essay yazmalı, öz sahəsində nüfuz qazanmış 3 şəxsdən xarakteriztika gətirməlisiniz. Xarici tələbələr üçün isə TEOFL-dan ən azı 100 bal tələb olunur.

Castin deyir ki, burada iki fərqli tələbə həyatı var. “Magitratura  tələbəsi kimi burada təhsil almaq atmosferi bakalavrdan fərqlidir. Bakalavr kimi siz belə bir gözəl həyətdə yaşayırsınız. Mənim isə buna vaxtım olmayıb. Magistratura əsasən akademik həyatdan ibarətdir. Amma mən deməzdim ki, onlar az oxuyur. Yox, bakalavrlar da çox əziyyət çəkir” – deyə Castin bildirir.

HARVARD YARD VƏ “SAXTA HARVARD” HEYKƏLİ

Həqiqətən də Castinin dediyi bu Harvard Yard çox gözəldir… Xüsusilə, səfərimizin təsadüf etdiyi payız fəslində.

Burada hər gün turistlər tələbələrə qarışır. Hamı Con Harvardın heykəlini ziyarət edir. Amma əslində bu heç Harvardın özünün heykəli də deyil. Əlbəttə, XVII əsrdə yaşayan adamın fotosu hardan olsun? Nə qədər qəribə olsa da, 1884- cü ildə Fransız şirkəti bu heykəli inşa etmək üçün simvolik olaraq Harvard Universtetinin o zamanki tələbələrindən birini canlandırıb.

ABŞ ƏN QƏDİM STADİONU

Harvarda ən qədim deyərkən burada yalnız təhsil ocağı nəzərdə tutulmur. Arxamda gördüyünüz bu möhtəşəm tikili ABŞ-ın ən qədim stadionudur. 1903-cü ildə Harvardın nəzdində ərsəyə gələn bu stadionun quruluşuna o zamandan bəri heç bir dəyişiklik edilməyib.

Harvardın komandası olan Krimson – tünd qırmızılar oyunlarını bu stadionda keçirir. Universitetin bir neçə müasir meydançası olsa da, bu, Harvardın mərkəzi stadionu hesab edilir.

Amma universitetin əsas qüdrəti kitablardır.

ABŞ-IN İLK KİTABXANASI

Harvard Universitetinin kitabxanasıdır – ABŞ-ın ilk, dünyanın isə ən böyük özəl kitabxanasıdır. Burada ən nadir kitablara rast gəlmək olar. Hətta, dünyanın ilk çap olunan kitabının nüsxəsi də burada saxlanır.

Artıq vurğuladığımız kimi 1638-ci ildə Con Harvardın ianə etdiyi 400 kitabla fəaliyyətə başlayan Harvard Kitabxanası hazırda 73 bölmədən ibarətdir və burada 18 milyondan çox kitab və nüsxə var.

Uğurlarına və məzunlarının nufuz qazanmasına baxmayaraq Harvard Universiteti başqa bir qeyri-adi hadisəyə görə də tanınır. Belə ki, Harvarda qəbul olduqdan sonra təhsilini yarımcıq qoymuş bir neçə tələbə də hazırda dünyanın ən tanınan insanlarındandır. Bill Qeyts və Mark Zukerberqin başçılıq etdiyi 8 nəfərlik bu siyahıda əsasən milyarderlər və dövlət başçıları yer alır.

Harri Elkins Vaydenerin adını daşıyan bu kitabxana binasının tarixi də özü kimi möhtəşəmdir. Hadisə Titanik faciəsi ilə birbaşa bağlıdır. 1912-ci il aprelin 14-də əzəmətli Titanik gəmisi Britaniyadan ABŞ-a istiqamət alanda 1907-ci ildə Harvarddan məzun olmuş milyaner və kitab kolleksioneri Harri Vaydener də valideynləri ilə orada idi. Gəmi batanda isə qadın və uşaqların xilasına üstünlük verildiyindən Harri atası ilə birlikdə orada ölür. Ancaq ölümündən bir neçə saat qabaq xilasedici qayığa minən anasına bir məktub verir. Məktubda kitablarının Harvardda hədiyyə edilməsi vəsiyyət edilirdi. Oğlunun vəsiyyətini yerdə qoymayan anası kitabları universitetə təhvil verməklə yanaşı, böyük kitabxananın tikilişi üçün o zaman maliyyəyə ehtiyacı olan Harvardda 2 milyon dollar da hədiyyə edir. Qarşılığında isə sadə bir xahişi var idi: Oğlunun evdəki otağının eynisi bu kitabxananın tam mərkəzində yaradılsın. Bu, Herri Vaydenerin otağıdır.

BİLL QEYTS VƏ MARL ZUKERBERQ KİMİLƏR

Uğurlarına və məzunlarının nufuz qazanmasına baxmayaraq Harvard Universiteti başqa bir qeyri-adi hadisəyə görə də tanınır. Belə ki, Harvarda qəbul olduqdan sonra təhsilini yarımcıq qoymuş bir neçə tələbə də hazırda dünyanın ən tanınan insanlarındandır. Bill Qeyts və Mark Zukerberqin başçılıq etdiyi 8 nəfərlik bu siyahıda əsasən milyarderlər və dövlət başçıları yer alır.

 

Mənbə: AmeirkanınSəsi