Çoxları hesab edir ki, tələsdiyin yerdə “fast food” (ayaqüstü yemək) aclığı öldürən vasitədir. ABŞ Xəstəliklərə Nəzarət Mərkəzinin hesabatına görə, 2007-2010-cu illərdə böyüklərin 11 faizi gündəlik kalorini “fast food”dan alır.

Kişilər qadınlardan daha çox “fast food” yeyir.

“Fast food”u tənqid edənlərin ən böyük arqumenti budur ki, bunlar sağlam yemək deyil. Burgerlər, südlü kokteyllər, qızardılmış kartof və digərləri bu qəbildən sayılır. Hər 5 nəfərdən biri deyir ki, həftədə bir neçə dəfə sağlam və ucuz fast food yeyir.
UsaToday qəzeti qiyməti 5 dollardan aşağı olan və sağlam qida sayıla bilən bir neçə “fast food” növünün siyahısını hazırlayıb. Bunlar taco-bell, McDonald-in “side salatı”, pendirsiz bişmiş toyuq və meyvə yoqurtu, “Chick-Fil-A chicken minis”, “Subway 6-inch sub on 9-grain wheat” (hinduşka, ya donuz ətindən, tərəvəzlərdən hazırlanmış), “Wendy”-dir. Onların tərkibində çox az yağ, protein, piy var. Bu qidaların verdiyi kalori də çox aşağıdır. Üstəlik, vitaminlərlə də zəngindir.

Mənbə: UsaToday