Martın 14-də Azərbaycan Dillər Universitetində Amerika Mərkəzində ABŞ-ın Azərbaycandakı səfirliyinin və Beynəlxalq Təhsil üzrə Amerika Şurasının dəstəyi ilə EducationUSA-nın “Alumni Fair” adlı ABŞ-da təhsil sərgisi keçiriləcək. Bu barədə ABŞ-ın Azərbaycandakı səfirliyinin məlumatında deyilir.

Xəbərdə deyilir ki, tədbirin məqsədi bütün maraq göstərən şəxsləri bir yerdə toplayıb ABŞ universitetlərində təhsil almaq imkanları haqqında lazımi məlumatla təmin etməkdir. Burada tələbələr, şagirdlər və eləcə də valideynlər Birləşmiş Ştatlarda yerləşən universitetlərin məzunu olan azərbaycanlı və əcnəbi məzunlarla görüşüb, maraqlandıran suallarla onlara müraciət edə biləcəklər.

Sərgidə 20-dən çox ABŞ universiteti və digər ödənişsiz təhsil programları təmsil olunacaq.

Məzunlar ABŞ Universitetlərinin təhsil proqramları və fəaliyyətləri haqqında məlumat verəcəklər və həmçinin sərgi iştirakçılarını materiallarla və bukletlərlə təmin edəcəklər.

Sərgidə ABŞ səfirliyinin nümayəndələri də iştirak etdərək öz universitetlərini təqdim edəcəklər.

Mənbə: AmerikanınSəsi