ABŞ-da ev satışları fevral ayında 1.2 faiz artıb. Bu isə yanvar ayında olan göstəricidən yüksəkdir.

Milli Alqı-Satqı Agentləri Assosiasiyasının bazar ertəsi yaydığı hesabatda ev qiymətlərinin də bir il öncəyə nisbətən 4,7 faiz artdığı bildirilrib.

Evlər bu minvalla satılmaqda davam etsə, bir il ərzində 4,88 milyon ev əl dəyişəcək. İqtisadçılar ev alqı-satqısını yaxından izləyirlər çünki ev sektorundakı ciddi problemlər 2008-ci ilin maliyyə böhranına səbəb olmuşdu.

Hesabatda möcud evlərin alqı-satqısından bəhs edilir ki, onlar bazarın əksəriyyətini təşkil edir. Çərşənbə axşamı ekspertlər bazarın 15 faizini təşkil eədn yeni evlərin alqı-satqısı ilə bağlı məlumat dərc edəcəklər.

Ev satışının artması iqtisadi artıma sübutdur

Bundan əlavə hökümət ekspertləri fevral ayına olan inflyasiya dərəcələri ilə bağlı hesabat verəcəklər. Bloomberg maliyyə xəbərləri xidməti tərəfindən sorğulanan iqtisadçılar qiymətlərin ötən aya nisbətən 0.2 faiz artacağını bildiriblər.

ABŞ Mərkəzi Bankının sədri Canet Yellen jurnalistlərə bildirib ki, bu il inflyasiya illik 1 faiz səviyyəsində qalacaq. Bu isə inflasiyanı 2 faizə qaldırmağa çalışan Federal Ehtiyyaat Bürosu rəsmilərini narahat edir. Onların fikrincə, iqtisadiyyatın sağlam qalması üçün 2 faiz inflyasiya zəruridir.

Cümə günü ABŞ iqtisadiyyatının 2014-cü ilin son aylarında 2.4 faiz artdığını göstərən fərqli bir hesabatın çıxacağı gözlənilir. İqtisadçıların bu proqnozunun doğru olması o deməkdir ki, ABŞ iqtisadiyyatı ilk təxmin olunduğundan daha sürətlə inkişaf edib.