Bu ilin noyabrında ABŞ-da özəl sektor 208 min yeni iş yeri açıb.

Əmək bazarını qiymətləndirən ADP-in ekspertləri bildiriblər ki, kiçik biznes 101 min, orta biznes 65 min, böyük şirkətlər isə 42 min yeni iş yeri açıb. Yerli dövlət qurumlarının isə açdığı iş yerlərinin sayı 20 minə yaxın olub.

ADP açıqlayır ki, açılan iş yerlərinin 49 mini ticarət, nəqliyyat və kommunal xidmətlərlə bağlı olub.

İqtisadçı ekspert Mark Zandi hesab edir ki, əmək bazarının çevikliyi maaşların sürətlə qalxmasına təsir göstərəcək”.

 

Mənbə: UsaToday