(davamı)

Arizonada “Grand Canyon” Milli Park

canyon national© Mike Leco

Arizona ştatında yerləşən “Grand Canyon” Milli Park dünyanın möcüzələrindən biridir. Dərinliyi 1500 metr olan ərazi 150 km uzanır. “Canyon” sıldırım qayalarla, dolaşıq-qarışıq dərələrlə turistləri özünə cəlb edir.

Kaliforniyada Yosemite Milli Park
yosemite© Guy Cazalet

Californiya ştatına yolun düşübsə, Yosemite Milli Parkını gəzib-dolaşmamış qayıtmaq böyük bir zövqdən məhrum olmaq deməkdir.

Yosemite qranitdən sıldırım qayaları, şəlaləsi, meşəliyi, nəhəng Sekoya ağacların bitdiyi böyük bir vadidir. Göy çəmənlik və qarlı zirvə təzadı adamın ruhunu oxşayır. Yosemite qayalığa dırmaşmağı, meşədə düşərgə salmağı, fotoqraflığı, turizmi sevənlər üçün əsl cənnətdir.

Alyaska

bestoftheusa-alaska© Guy Cazalet

O qədər də uzaq olmayan keçmişdə Alyaskaya qızıl axtarmağa gedərdilər. Amma indi ABŞ-ın şimalında yerləşən bu bölgəsi turistləri təbiəti ilə cəlb edir. Alyaska qeyri-adi gözəlliklərə malikdir: qarlı dağlar, buzlaqlar, meşə cığırları (cənubda), vulkanlar, ucsuz-bucaqsız tundra (şimalda) hər bir turistin marağına səbəb olur. Meşələrində təhlükəli Kodiak ayısına rast gəlinir.

Gəzməli-görməli yerləri isə çoxdur: Denali Milli parkı, buzluq dərə və fiordları (qayalı sahilləri olan körfəz) olan Buzluq buxtası, Eliasa Milli Parkı, vəhşi heyvanların olduğu Kenay fiordu…

 Waşinqton, DC

JeffersonMemorial © Mike Leco

ABŞ-a uçan təyyarələr heç də həmişə bir başa paytaxta aparmır. Amma bu ölkənin paytaxtı da digər birinci şəhərlər ki, xoş xatirələrə açıqdır. Ağ ev, ABŞ Konqresinin və bir çox başqa dövlət binaları, heykəllər, muzeylər, ictimai parkları yaddaşlarda bir iz buraxır. Vaşinqton həm də etnik restoranlarla zəngindir.

 

Nyu Orleans, Luiziana

bestoftheusa-neworleans© Kathy Hicks

Luiziana ştatında yerləşən Nyu Orleans Mississippi çayının mənsəbində yerləşir. Şəhər fransız və ispan mədəniyyətini afro-amerika mədəniyyəti ilə qarışdırıb. Nyu Orleans caz musiqisi, vəhşi gecə həyatı ilə məşhurdur. Hər ilin fevralında şəhər “Mardi Gras” adlandırdığı karnavalın dəli ağuşuna düşür.

 

Yellowstone Milli Park

bestoftheusa-yellowstone © Jose Yague

Vyoming ştatındakı Yellowstone Milli Parkı qeyzerləri, isti bulaqları ilə dünyada məşhurdur. Hər il milyonlarla turist dünyanın bu ilk milli parkına üz tutur. Qaynar bulaqlarla, şəlalərlə, zəngin bitki örtüyü ilə Milli Parkda turistlərin həm təbiətin gözəlliyindən zövq alması, həm də əylənməsi üçün hər cür şərait nəzərdə tutulub.