ABŞ-da görməli-gəzməli-baxmalı yerlər haradır? Əlbəttə, onlarla ştatı, ərazisi milyonlarla km-lə ölçülən, müxtəlif millətlərdən, xalqlardan bir toplumu olan ölkənin bütün cəlbedici yerlərini bir yazıya sığışdlrmaq çətindir.

AmerikaVəkil ştatlar üzrə belə yerləri sadalayacaq, amma əvvəlcə ABŞ-a ölkə boyu virtual səyahət təklif edirik.

Əlbəttə, USATourist.com saytının köməkliyi ilə:

Las Veqas, Nevada

les veqas

© Mike Leco

Nevada ştatında yerləşən Las Veqas nəinki ABŞ-da, hətta dünyada öz azart oyunları, parlaq əyləncələri, inanılmaz extravaqant arxitekturası ilə diqqət çəkən bir şəhərdir.

Şüşədən nəhəng piramidalar, fantastic multirəngli qalalar, Eyfel Qülləsinin oxşarı, göydələnlər görənləri hayıl-mayıl edir

Orlando, Florida

© B33be   orlando

Florida ştatının Orlando şəhərində yerləşən Disney World-un adını çəkmək yetərlidir ki, bu əyləncə mərkəzində gün keçirmək üçün çemodanı qablayasan. Disneydə ağlasığmaz atraksionlarda əylənməyi isə təkcə uşaqlar yox, elə böyüklər də sevir. Tennis, qolf oyununu sevənlər, tropik çimərlikdən həzz alanlar da Floridanı seçə bilər.

Hawaii

havay adaları© Julius Silver

Havay adaları.  ABŞ prezidenti Barak Obama ana vətənində məzuniyyətini keçirməyi sevir. Amma təkcə doğma yerlər olduğuna görəmi? Sakit Okeanın ortasında yerləşən bu vulkanik ada il boyu gözəl havası, heyrətamiz dalğalı çimərlikləri və mənzərisi ilə cənnət sayıla bilər. Ona görə də bir çox yeni evlənmiş cütlüklər bal ayını məhz Havay adalarında keçirir.

New York City, New York

nyu-york       © Julius Silver

ABŞ-a gəlib New York City-ni görmədən getmək? Onda deyin ki, ABŞ-a gəlməmisiz. New York City (Nyu York Siti) ölkənin ən böyük meqaşəhəridir. Məşhur Azadlıq Heykəli də bu şəhərdədir. O cümlədən, BMT, muzeylər, məşhur Brodvay teatrları, “Times Square”, restoranlar, gecə həyatları, art-qalereyalar, konsert zalları… New York City-yə heç vaxt yatmayan şəhər də deyə bilərik.

Los Angeles, California

los angeles

© Mike Leco

Kaliforniya ştatının Los Anceles şəhəri ölkənin ikinci böyük şəhəri olmaqla yanaşı həm də film istehsalı ilə dnüyada məşhurdur. Əlbəttə, söhbət Hollywood-dan gedir. Subtropikal iqlimi, sahili ağ qumsallığı ilə hər kəsin diqqətini çəkir.

San Francisco, California

© Guy Cazaletsan-fransisco

Kaliforniyaya gedib San-Fransiskonu görməmək olmaz. Düzdür, şəhərin sahilləri isti deyil. Amma bu şəhər də yamaclı küçələrin apardığı Viktoria evləri ilə məşhurdur. Şəhər ictimai nəqliyyat kimi hələ də tramvayı saxlayır. Sakit okeanda körfəz üzərində salınan Qizil Qapı Körpüsündən keçərkən okean sularının qoxusundan-gözəlliyindən həzz almamaq mümkün deyil.

(ardı var)

Mənbə: usatourist.com